Ordu.az xəbər verir ki, bunu ABŞ-da yerləşən “Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya şöbəsinin analitiki Yevgeni Çausovski deyib.

Onun sözlərinə görə, həmçinin, digər tərəfdən münaqişənin gərginləşməsi riskləri də böyüməyib.
“Rusiyanın marağı həm Ermənistan, həm də Azərbaycanla münasibətləri qorumaq və onlar arasında balans yaratmağı tələb etdiyi üçün Moskvanın Dağlıq Qarabağ məsələsində diplomatik parçalanmaya, irəliləyişə nail olmağa dəstək nümayiş etdirəcəyini gözləməyə dəyməz. Lakin, digər tərəfdən də Rusiya 2016-cı ildə olduğu kimi yeni bir eskalasiyaya yol verməmək üçün ehtiyatlı olmağa çalışacaq”,- deyə Çausovski bildirib.

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, SSRİ xalqları məsələləri üzrə ekspert, Vaşinqton Ümumdünya Siyasəti İnstitutunun professoru Pol Qoblun sözlərinə görə, 2019-cu ildə bir çoxları irəliləyiş gözləyib, lakin, təəssüf ki, bu, baş verməyib.
“Hesab edirəm, proses bu qapalı dairədən çıxmayacaq, çünki Birləşmiş Ştatlar və ya Rusiya münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində ciddi səylər göstərməyib. Bunun 2020-ci ildə də baş verəcəyinə şübhə edirəm”, - deyə Pol Qobl bildirib.

Rusiyalı politoloq Aleksandr Skakov qeyd edib ki, bənzər gözləntilərin olmasına baxmayaraq, 2019-cu ildə Qarabağ prosesində real irəliləyiş olmayıb.
“Əsas odur ki, geriləmə olmadı və Dağlıq Qarabağ ətrafında vəziyyət daha sakit oldu. Bu baxımdan müəyyən müsbət dəyişiklik var, çünki vəziyyət ən azından yaxın perspektivdə daha dinc və proqnozlaşdırılabiləndir. Münaqişə zonasında vəziyyət kifayət qədər sabit idi və demək olar ki, o, ən azından bir neçə aylıq kəsinti ilə proqnozlaşdırılabiləndir. Lakin, təkrar edirəm, mən sülh prosesində real irəliləyiş görmürəm”, - deyə Skakov bildirib.
Alpər Mövludoğlu
Ordu.az